Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzi və “Ələk” ədəbi məclisinin təşkilatçılığı ilə Əliağa Vahidin 120 illik yubileyinə həsr olunmuş ədəbi məclis keçirilib

02 dekabr 2015 | 11:00

Görkəmli qəzəlxan Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli sərəncamına əsasən  Heydər Əliyev Mərkəzi  və  Ağcabədidə  fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin təşkilatçılığı ilə ustad qəzəl şairinə həsr olunmuş ədəbi məclis keçirilmişdir.  Şair Gündüz Sevindik  onun  həyat və yaradıcılığı haqqında geniş məlumat   verdikdən sonra  Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Y.Məmmədov adına Ağcabədi  rayon Mədəniyyət Mərkəzinin direktoru  Məzahir Mehdiyev ,“Ələk” ədəbi məclisinin üzvləri  Tahirə İsaqızı,  Zahid Avşar, Fariz Əsədov gənc şairlər Saqif Zeynal, Mina Turan və digərləri Əliağa Vahidin yaradıclığı, həyatındakı maraqlı məqamlar, baməzə beytləri və s. haqqında danışdılar, fikirlərini bölüşdülər, qəzəllərindən nümunələr səsləndirdilər.

Keçidlər