Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiyaya böyük maraq göstərirlər.

27 noyabr 2015 | 11:00

27 noyabr 2015-ci il tarixdə  M. Aranlı adına Ağcabədi şəhər  11 saylı tam orta məktəbinin 5-ci sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ulu öndərin  abidəsini ziyarət edərək önünə gül dəstləri düzən şagirdlər  sonra  Heydər Əliyev Mərkəzində oldular. Öncə şagirdlər foyedə dahi liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, o cümlədən mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Daha sonra ekpozisiya zalında şagirdlərə Ümummilli liderimiz Heydər Əliyevin  həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi. Heydər Əliyevin Ağcabədiyə səfərlərini əks etdirən  fotoşəkillər  şagirdlərin böyük marağına səbəb oldu.

Keçidlər