Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon məktəbliləri Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dərsə başladılar

26 noyabr 2015 | 11:00

26 noyabr 2015–ci il tarixdən etibarən Laçın rayon 37 saylı tam orta məktəbinin şagirdlərinin Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə ekskursiyasına və Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə siyasi dərslərin keçirilməsinə başlanılıb. Mərkəzdə keçirilən ilk dərs günündə həmin məktəbin  9-cu  sinif şagirdləri  öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzdülər. Daha sonra Heydər Əliyev  Mərkəzinə ekskursiya edərək eksponatlarla tanış olan  şagirdlərə Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat verildi.  Bundan sonra hazır proqram əsasında şagirdlərə Dahi lider Heydər Əliyevin sarsılmaz siyasətini təbliğ edən dərs keçirildi. Qeyd edək ki, dərslər dekabr ayının 20-nə qədər davam edəcəkdir.

Keçidlər