Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə YAP-ın yaranmasının 23 Illiyi münasibətilə tədbir keçirilmişdir.

23 noyabr 2015 | 11:00

Noyabr ayının 21-də  Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü  münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə təzə çiçək dəstələri düzərək, onun əziz xatirəsini  ehtiramla yad etdilər.
Sonra tədbir Ağcabədi  “Qarabağ Muğam” mərkəzində davam etmişdir.
Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlamışdır.
Tədbirdə  YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Naibə Mustafayeva çıxış edərək Partiyanın yaranma tarixi, keçdiyi siyasi yol,  mübarizələrdə mətinləşən təşkilat kimi ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə məlumat verdi.
Ağcabədi rayon  İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü  Şahin Məmmədov çıxış edərək tədbir iştirakçılarını və bütün siyasi həmfikirləri Partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə təbrik etdi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu gün  öz sıralarında 680 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının  ölkəmizdə xalqa söykənən ən böyük siyasi bir qüvvə olduğunu vurğuladı.
Natiq Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin  dünyada iqtisadi cəhəddən inkişaf etmiş,  Beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, Azərbaycanın əhalinin maddi rifah halının yüksəldiyi, siyasi sabitliyin və tolerantlığın bərqərar olduğu, hüquqi və dünyəvi bir dövlətə çevrildiyini qeyd edərək, ictimai-siyasi sabitliyi qorumaq üçün əsl vətəndaş  mövqeyi nümayiş etdirərək kənar müdaxilələrə qarşı sayıq olmağı tövsiyyə etdi.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının  yaradıcılarından biri, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov, sədr müavini Eldəniz Qənbərov və bir sıra YAP fəalları partiya işində səmərəli fəaliyyətinə görə, həmçinin YAP  yaranmasının 23-cü ildönümü münasibətilə keçirilən informasiya və kommunikasiya texnologiyalarının inkişafı mövzusunda rayonlararası bilik yarışmasında I yer tutmuş Ağcabədi Pedaqoji kollecinin “Qarabağ”  komandası və  Ağcabədi rayon komandaları arasında İntellektual oyun müsabiqəsində  Ağcabədi rayonu üzrə I yer tutmuş Azərbaycan Müəllimlər İnstitutunun  Ağcabədi filialının “Gənc Liderlər” komandası Fəxri Fərmanla  təltif edildilər.
Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə YAP  vəsiqələri təntənəli surətdə təqdim edildi.
Tədbir Ağcabədi rayon Mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi-bədii proqramla davam etdi.

YAP Ağcabədi rayon təşkilatının
                                        aparat rəhbəri:    N.Bünyatov

Keçidlər