Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə YAP-ın yaranmasının 23 ildönümü ilə əlaqədar bilik yarışı keçirilimşdir.

23 noyabr 2015 | 11:00

20 noyabr 2015-ci il tarixində Ağabədi rayon  İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatı ilə birlikdə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında Yeni Azərbaycan Partiyasının yaranmasının 23 ildönümü ilə əlaqədar “İntelektual oyun” üzrə rayon müsabiqəsi keçirilmişdir.Tədbirdə Ağabədi rayon  İcra Hakimiyyəti  başçısının müavini,ictimai-siyasi və humanitar şöbənin müdiri Naibə Mustafayeva,Yeni Azərbaycan Partiyasının sədr müavinləri Teymur Rəhimov, Eldəniz Qəmbərov, Qadınlar Şurası və Gənclər birliyinin üzvləri, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Rayon Təhsil şöbəsinin işçiləri , tələbə və məktəblilər iştirak etmişdir.
Müsabiqəni giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri müavini, Gənclər və idman idarəsinin rəis müavini Eldəniz Qəmbərov açaraq  Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı söz açdı və  Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.    Ağabədi rayon  İcra Hakimiyyəti  başçısının müavini Naibə Mustafayeva son 10 ildə bu sahədə rayonumuzda görülən işlərdən bəhs etdi və iştirakçılara rayon rəhbərliyi adından uğurlar arzuladı.
15 komandanın iştirak etdiyi yarışda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının “Gənc istedadlar” komandası I  yerə, Ağcabədi Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyin “Lider” komandası II yerə, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının “Zəkalar” komandası III yerə layiq görüldülər.Qaliblərə Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatı tərəfindən  diplomlar təqdim edilmişdir.

Keçidlər