Ağcabədi Pedoqoji Kollecində 17 Noyabr - Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilmişdir .
17 Noyabr 2015 -ci il tarixdə Ağcabədib Rayon İcra Hakimiyyətinin , rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedoqoji Kollecinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedoqoji Kollecində 17 Noyabr - Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilmişdir .
Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov tədbiri giriş sözü ilə açaraq 27 il əvvəl 1988-ci il noyabr ayının 17-də Azərbaycanın muasir tarixində bənzəri olmayan hadisələrin baş verdiyini , tariximizə Meydan hərakatı kimi daxil olmuş həmin hadisələrin əslində xalqın özünü dərk prosesinin zirvəsi , Azərbaycanın gələcək ictimai-siyasi mənzərəsinin əhəmiyyətli dərəcədə müəyyənləşdirən amil olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə Ağcabədi Pedoqoji Kollecinin direktoru Mirələm Hüseynov , Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Leyla Səfərova ,direktor müavini Rövşən Bayramov gənc müəllim Bəxtiyar Əliyev , Ağcabədi Pedoqoji Kollecinin tələbəsi Quba Vəlizadə , Ağcabədi Pedoqoji Kollecinin müəllimi Şirxan Hüseyinov çıxış edərək Milli Dirçəliş günü ilə bağlı fikirlərini bildirdilər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Fərid Rüstəmov iştirak etmişdir.