Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Həvəskar aktyorluq “ dərnəyi fəaliyyətə başlayıb

13 noyabr 2015 | 11:00

Cari ilin noyabr ayından etibarən  uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə  Ağcabədi rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dərnəklər fəaliyyətə başlayıb. “Xalçaçılıq”, “Rəssamlıq”, “Tikiş”, “Toxuculuq”  dərnəkləri ilə yanaşı yeni yaradılan “Maraqlar üzrə əl işləri “ və  “Həvəskar aktyorluq dərnəkləri məktəblilərin böyük marağına səbəb olub. “Həvəskar aktyorluq” dərnəyinin ötən məşğələlərində şagirdlərin danışıq qabiliyyəti, səs eşitmə qabiliyyəti, musiqi duyumu və s. yoxlanılaraq seçim edilib. 13 noyabr 2015-ci il tarixdə dərnəyin növbəti məşğələsi keçirilib. Ev tapşırıqları üçün sərbəst seçim edən şagirdlər  rəqs, xırda səhnəciklər, şeir və mahnı ifaları nümayiş etdirərək öz qabiliyyətlərini göstərməyə çalışdılar.

Keçidlər