Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “ Konstitusiya Günü “ qeyd olundu.

12 noyabr 2015 | 11:00

12 noyabr 2015-ci il tarixdə AMİ-nin Ağcabədi filialında Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümünü münasibətilə “Konstitusiya - ən yüksək hüquqi qüvvəyə malik qanundur” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda filial kollektivi ilə yanaşı, Ağcabədi RİH başçısının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Naibə Mustafayeva, Abcabədi Rayon Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov, xidmət üzrə rəis müavini, polis polkovniki Vüqar Əliyev, Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov, Ağcabədi rayon İH Hüquq Şöbəsinin müdiri Gülşən Hüseynova, Ağcabədi şəhər 2 saylı tam orta məktəbin direktoru Tahir Əliyev, şəhər 4 saylı tam orta məktəbin direktoru Sadiq Əliyev, şəhər 6 saylı tam orta məktəbin direktoru Əli Bədəlov, şəhər 7 saylı tam orta məktəbin direktoru Polad Musayev, şəhər 12 saylı tam orta məktəbin direktoru Məlahət Tağıyeva və bir sıra ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dos. Mətanət Fərzəliyeva 12 noyabr tarixini xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir tarixi gün kimi yüksək qiymətləndirərək bildirdi ki, hüquqi dövlətin əsas atributlarından olan konstitusiya bütün müasir dövlətlərin əsas qanunudur. Vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, dövlət və ictimai quruluşun əsaslarını və başlıca prinsiplərini müəyyənləşdirən ən yüksən hüquqi qüvəyə malik konstitusiyalar müair insan cəmiyyətinin inkişafında xüsusi əhəmiyyətə malikdir.
O qeyd etdi ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün lazım olan bütün ideya və dəyərlər Azərbaycan Konstitusiyasında əksini tapmış, bəşəriyyətin uzun illər ərzində nail olduğu mütərəqqi dəyərlərdən olan insan hüquqları, azadlıqları və onların təminatları təsbit edilmişdir.
Sonra məruzələr dinlənildi.
Ağcabədi RİH başçısının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Naibə Mustafayeva Azərbaycan Respublikası Konstitusiyasının yaranmasının tarixi ilə əlaqədar geniş məruzə etdi. O bildirdi ki, Konstitusiya - dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanundur. O, dünya xalqlarının tarixində yaranmış konstitusiyalardan danışdı və ilk Milli Konstitusiyamızın yaranmasında Ulu Öndərimiz Heydər Əliyevin siyasi xidmətlərini böyük məmnunluq hissi ilə ifadə etdi.

       N. Mustafayeva qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyevi müstəqil dövlətimizin
ilk Konstitusiyasının yaradıcısı kimi yüksək dəyərləndirmək bizim mənəvi borcumuz
və vətəndaşlıq vəzifəmizdir.
Məruzəsinin sonunda kofrans iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edən N. Mustafayeva bölgədə ideoloji mərkəz kimi tanınan AMİ-nin Ağcabədi filialının kollektivinə dərin təşəkkürünü bildirdi və səmərəli pedaqoji fəaliyyətdə uğurlar arzuladı.
Növbəti məruzə üçün söz filialın “Əlavə təhsilə xidmət” kabinetinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent əvəzi Mahir Səlimova verildi.
Azərbaycan Respublikası Konstitusiyasının fəlsəfi mahiyyəti mövzusunda məruzə edən M. Səlimov bildirdi ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan dövlətinin ilk milli Konstitusiyası xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Azərbaycan Respublikası Konstitusiyasının fəlsəfi mahiyyətini bölmə və maddələrlə açıqlayan məruzəçi, Azərbaycan xalqının, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qurmaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərini bəyan etdi.
Məruzələr ətrafında çıxışlar dinlənildi.
Çıxışçılar - filialın “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının dosenti Məhəmməd Hüseynov və Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov məruzələrə münasibət bildirərkən qeyd etdilər ki, siyasi dövlət quruluşu yarandığı vaxtdan etibarən müvafiq qanunların var olması dövlətin ən başlıca məqsədi olmuşdur, ilk konstitusiya sənədi kimi qəbul edilən 1215-ci ildə yaranan “Azadlıqların yeni xartiyası”, 1787-ci ildə ABŞ-da İstiqlaliyyət Bəyannaməsi əsasında yaradılan ABŞ Konstitusiyası, sonralar 1948-ci ildə BMT-nin İH haqqında Bəyannaməsindən bəhs edən çıxışçılar xalqımızın yaşam tarixi boyunca qəbul etdiyi konstitusiyalardan danışarkən bildirdilər ki, ilk milli konstitusiya olaraq 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası öz fəlsəfi mahiyyəti etibarilə dünyanın ən demokratik, hüquqi, normativ sənədləri ilə bir sırada dayanır. Dövlət Konstitusiyamızın yaradılmasında xüsusi xidmətləri olan Ulu Öndərimiz Heydər Əliyevin adı böyük rəğbətlə anıldı.
Sonda filialın direktoru, dos. Mətanət Fərzəliyeva Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümünü münasibətilə konfrans iştirakçılarını təbrik etdi və hamılıqla cəmiyyət həyatında fəal iştiraka, məsuliyyətli olmağa, qanunlarımızın aliliyinə hörmətlə yanaşmağa dəvət etdi.

Keçidlər