Heydər Əliyev Mərkəzində azyaşlı uşaqlar üçün cizgi filmlərinin nümayişinə başlanılıb
12 noyabr 2015-ci il tarixdən etibarən Heydər Əliyev Mərkəzində azyaşlı uşaqların ictimaiyyətə alışması, onların kortəbii surətdə üz tutduqları əyləncə vasitələrindən ayrılaraq , estetik hisslər tərbiyə edən sahələrə üz tutması, kollektiv şəkildə bir tamaşaçı kimi yetişməsi məqsədilə mütəmadi olaraq, müəyyən edilmiş günlərdə rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin uşaqları üçün cizgi filmlərinin nümayişinə başlanılıb. İlk olaraq qeyd olunan tarixdə şəhər 5 saylı məktəbəqədər təhsil müəssisəsinin körpə fidanları Heydər Əliyev Mərkəzində oldular. Cizgi filminin nümayişindən öncə uşaqlar Ulu öndərimizə həsr olunmuş, eləcə də vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar oxudular. Daha sonra azyaşlıların böyük marağına səbəb olan “Tıq-tıq xanımın nağılı” və “Tural və Zəri” cizgi filmləri nümayiş etdirildi.
Erkən yaşlarından uşaqları qlobal, bəşəri problemlər haqqında məlumatlandırmağın
düzgün olmadığını nəzərə alaraq onlara yalnız xırda, humanist hisslər aşılayan, dünyagörüşlərinin artırılmasına xidmət edən cizgi filmlərinin nümayişi nəzərdə tutulub.