Şriftin ölçüsü :

Saytın rəngi :

AĞCABƏDİ RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ BAYRAQ GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRGİ-TƏDBİR KEÇİRİLİB.

06 noyabr 2015 | 11:00

06 noyabr 2015-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı sərgi-tədbir keçirilmişdir. Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən sərgidə tarixi Azərbaycan bayraqları və eləcə də Heydər Əliyev Mərkəzinin rəsm dərnəyi ilə tikiş dərnəyinin şagirdlərinin  bayrağımıza həsr etdikləri rəsmlər və əl işləri nümayiş etdirilmişdir. Şəhər 5 saylı məktəbəqədər təhsil müəssisəsinin  uşaqlarının ifasında hazırlanmış rəqs nömrələri sərgi iştirakçılarında xoş ovqat yaratmışdır. Daha sonra  tədbir Heydər Əliyev Mərkəzinin binasında davam etmişdir. Mərkəz əməkdaşlarının bayrağımızla bağlı hazırladıqları slayt nümayiş etdirildikdən sonra çıxış üçün söz  Qarabağ müharibəsi veteranı, YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi  Ramil Nağıyevə verilib. Daha sonra  Ağcabədi rayon İcra hakimiyyətinin məsləhətçisi Vüsalə Məmmədova,  şəhər 1 saylı orta məktəbinin direktoru Səadət Kazımova və digərləri çıxış edərək  tədbir iştirakçılarını təbrik etdilər.  Məktəblilərin ifasında  səslənən, bayrağa həsr olunmuş şeirlər tədbirə daha da rəng qatdı.

Keçidlər