Ağcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildi.
07.11.2015- ci il tarixdə saat 11:00 -da Ağcabədi rayonunda “ BAYRAQ GÜNÜ “ ilə əlaqədar tədbir keçirildi.Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Daha sonar tədbir Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Evində davam etdi. Çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov tədbir iştirakçılarını təbrik etdi və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev qəhrəmаn bаbаlаrımızın miras qоyub qеtdiyi və bizə еtibаr еlədiyi ən böyüк, ən qiymətli yаdigаrımız Аzərbаycаn bаyrаğını, milli ləyаqət simvоlumuzu bаşı üzərində ucа tutmаğı, vüqаrlа dаlğаlаndırmаğı hər bir аzərbаycаnlının şərəf bоrcu kimi qiymətləndirərək gənc nəslin arasında bayraq sevgisinin təbliğinə xüsusi diqqətlə yanaşdı.Azərbaycan bayrağını təhqir edən ermənini öldürmək məcburiyyətində qalan,ömürlük azadlıqdan məhrum olan Ramil Səfərovun vətənə ,bayrağa olan sevgidən irəli gələn hikkəsi bunun bariz nümunəsidir. Cənab Prezidentin onu azadlığına qovuşdurub torpağına qaytarması isə vətən ,bayraq təəssübü çəkən insanlara verdiyi ən böyük qiymətdir.
Daha sonar RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Naibə Mustafayeva məruzə ilə çıxış etdi.
Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdi.