Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qəhrəmanlar unudulmur” layihəsi əsasında Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasında tədbir keçirildi.
6 noyabr 2015-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qəhrəmanlar unudulmur” layihəsi əsasında Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasında dini maarifləndirmə istiqamətində tədbir keçirildi. Tədbirdə Muğanlı və ətraf kəndlərdən olan 40 nəfər dindar və ziyalı iştirak edirdi.
Tədbiri Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev giriş sözü ilə açdıqdan sonra məruzə üçün sözü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vüqar Hümmətova verdi. Məruzə diqqətlə dinlənildikdən sonra tədbir iştirakçılarından şəhid atası Üzeyir Quliyev, kənd ağsaqqalı Bakir Quluyev və Vahid Mirzəyev çıxış etdilər. Bildirdilər ki, artıq 3-cü dəfədir ki, bizim kəndimizdə Dövlət Komitəsi Muğanlı kənd məscidi dini icmanın xətti ilə belə maarifləndirici tədbir keçirdir. Əhalimizin dini maarifləndirilməsi baxımından bu tədbir çox aktual bir mövzuya həsr olunmuşdur. Dövlət Komitəsinin və Ağcabədi rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürümüzü bildiririk ki, belə bir tədbiri bizim kəndimizdə reallaşdırırlar.
Bundan sonra Ağcabədi rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Nicat Axundov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış etdilər. Onların da çıxışlarında bu tipli tədbirlərin sayının çoxaldılması və əhatə dairəsinin genişləndirilməsi diqqətə çatdırdılar. Qeyd etdilər ki, bölgədə dini durumun sabitliyində və dövlət-din münasibətlərinin tənzimlənməsində belə tədbirlərin çox böyük əhəmiyyəti var. Sonda tədbiri dini icmasnın sədri Süleyman Ağayev yekunlaşdırdı. Rəsmi hissədən sonra çay süfrəsi açıldı.