Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün "Kənd təsərrüfatı işçiləri" günüdür.

02 noyabr 2015 | 11:00

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, 2008-ci ildən Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini və kənd təsərrüfatı işçilərinin əməyini nəzərə alaraq, hər il noyabrın 1-də "Kənd təsərrüfatı işçiləri günü" qeyd edilir.
    Ağcabədi rayonunda da "Kənd təsərrüfatı işçiləri" günü qeyd edildi. Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Daha sonra nümunəvi xidmətinə görə fərqlənən bir qrup Kənd təsərrüfatı   işçisinə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı verilmişdir.

Keçidlər