Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 25-də Ağcabədidə “N” saylı hərbi hissədə keçirilən “Açıq qapı” günü xalq ilə ordu birliyinin əsl təntənəsinə çevrilib.

26 oktyabr 2015 | 11:00

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edilib.
Çıxış edənlər diqqətə çatdırıb ki, indi Azərbaycan Ordusu nəinki Qafqaz, eləcə də inkişaf etmiş dünya ölkələrinin ordusu ilə müqayisə oluna bilər. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilən ordumuz hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır.
        Valideynlərin arzu və təklifləri dinlənildikdən sonra “Açıq qapı” gününün iştirakçıları hərbi hissə ilə yaxından tanış olublar. Onlar əsgərlərin fiziki və döyüş hazırlığı ilə bağlı nümunəvi çıxışlarına baxıb, müasir silahların işlədilməsi qaydaları barədə verilən məlumatları dinləyiblər. Eləcə də hərbi hissənin döyüş hazırlığı və fəaliyyətinə dair məşğələlərin təşkili, taktiki və fiziki hazırlıq üzrə normativlərin, xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi qaydaları ilə tanış olublar.
       Sonra “Açıq qapı” gününün iştirakçıları hərbi hissənin korpuslarını gəzərək əsgər yataqxanasına, məişət otaqlarına, yeməkxanaya baxıblar. Valideynlər övladları ilə birlikdə nahar ediblər. Yeməklərin çeşidi və keyfiyyəti onları olduqca razı salıb.Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər