Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat

12 oktyabr 2015 | 10:00

Ağcabədi rayonunda  2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr  haqqında  rayon  İcra Hakimiyyətinin  Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
     Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı  nitqindən irəli gələn məsələlər Ağcabədi rayonunda  2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr  haqqında   20.10 2015 - ci il tarixdə saat 11:00 -da Ağcabədi rayon  Y.Məmmədov adına Mədəniyyət Evində , Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
       Qeyd edilmişdir ki, 2015-ci ilin 9 ayı ərzində Ağcabədi Rayonunda bir çox abadlıq-quruculuq işləri görülmüşdür. Belə ki, şəhərin Ulu öndərin adını daşıyan meydanda 900 m2 tamet döşənmiş, iki ədəd giriş qapısı tam olaraq istifadəyə verilmiş, bəzək işıqları, müasir tipli görüntü-monitor quraşdırılmışdır.
    Şəhərin küçə və prospektlərində ümumilikdə 53300 metr ağ və sarı xətlər çəkilmiş, piyada keçidləri rənglənmişdir. Şəhər ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş 100 yerlik 4 saylı körpələr evi-uşaq bağçasında işlər tamamilə yekunlaşmış, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
     Ağdam rayonu ərazisindən rayon istiqamətində Sarıcalı kənd ərazisində sahəsi 2640 m2 hasar-hörgü, 1400 m2 ağ lay, torpaq bərkitmə işləri görülmüş, ağac, gül kolları əkilmiş, yaşıllıqlar salınmış, suvarma sistemi qurularaq, ərazidə geniş abadlıq-quruculuq işləri aparılmışdır.
     Şəhərin Ü. Hacıbəyli prospektində Sovetlər dövründə tikilən 1941-1945 abidəsi Şəhidlər Xiyabanı yenidən qurularaq 31 Mart Dünya Azərbaycanlıların Soyqırımı, 1941-45 Böyük Vətən Müharibəsi iştirakçıları, Xocalı faciəsi, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Abidə kompleksinin tikinti işlərinə başlanılmış, hal-hazırda son tamamlama işləri gedir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağcabədi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatmış , yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
    Şəhərin Ş. Cəmşidov küçəsində yeni müasir tipli 15 ədəd işıqlanma dirəyi və bəzək işıqları, Rayon İcra Hakimiyyətinin binası qarşısında 8 ədəd müasir tipli işıqlanma dirəyi quraşdırılmışdır. Şəhər ərazisində son doqquz ayda H.Əliyev prospektinə 240 m2  tamet, 280 p/m ağ lay döşənmiş, Səməd Vurğun küçəsində 1100 m2  hasar hörülmüş,5000 p/m bəzək daşları 1500 m2 ağ lay, Hüsü Hacıyev küçəsində səki yanlarına 1100 p/m bardur, 750 m yağış suları üçün arx, Nəsimi küçəsində 890 p/m bardur, 1400 m2 tamet döşəmə işləri görülmüş, şəhərin küçələrində hasar və binalar üçün 24500 m2 olmaqla emulsiya ilə rənglənmiş, Ü. Hacıbəyli prospektinə 13920 m2, Nəsimi küçəsinə 180 m2, H. Əliyev prospekti 800 m2 , Etibar İsmayılov-Sadıq Hüseynov küçəsinə, Həsən Əliyev küçələrinə 8600 m2 olmaqla şəhərin küçə və prospektlərinə ümumilikdə 25450 m2  asfalt döşənmiş, Sarıcalı kəndi ərazisində magistral yola 13683 m2  asfalt örtük salınmış və hal-hazırda işlər uğurla davam etdirilir.
    Şəhər ərazisində bina fasadları 2370 m2 olmaqla ağ layla və dekorativ materiallarla üzlənmişdir.
Ağcabədidə 2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanıldığı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
   Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət, səhiyyə, sahibkarlıq və aqrar sahələrin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldüyü diqqətə çatdırılıb.
     Çıxışlarda nailiyyətlərlə yanaşı, mövcud problemlərdən də bəhs edilib, onların həlli yolları müzakirə olunub.

Keçidlər