17.10.2015-ci il tarixdə Ağcabədi rayonunda tikiləcək Bayraq Muzeyinin təməli qoyuldu.
19 oktyabr 2015 | 10:00
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov bildirdi ki,orijinal memarlıq üslubunda inşa olunacaq Bayraq Muzeyi bütün dövrlərdə Azərbaycanın keçdiyi inkişaf yolunu tam mənası ilə sərgiləyəcəkdir. Bu Muzey Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır.
Yekunda rayon ağsaqqallarının xeyir-duasından sonra təməl qoyma mərasimi oldu.
Rayonun Başçısı tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.