Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 1- ci ildönümü münasibəti ilə Ağcabədi rayon şöbəsində tədbir keçirilmişdir.
13 fevral 2013- cü il tarixdə saat 10:00 –da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 1- ci ildönümü münasibəti ilə Ağcabədi rayon şöbəsində 3 hissədən ibarət tədbir keçirilmişdir.
Tədbirin 1 – ci hissəsi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önündə, 2- ci hissəsi Rayon Şəhidlər Xiyabanında, 3- cü hissəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində olmuşdur.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsinin yad etdilər. Daha sonra tədbir iştirakçıları ilk öncə vətənin müdafiəsi uğrunda şəhid olmuş vətən oğullarının məzarlarını ziyarət edərək və onların məzarları üzərinı tər qərənfillər düzərək, Tanrıdan onlara rəhmət diləmişlər.
Tədbirin 3- cü hissəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində dəyirmi masa ətrafında keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin şöbə rəisi,mayor Yalçın Sadıqlı və şöbənin kadrlar və məxfilik rejimi üzrə zabiti mayor Rəşad Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 1- ci ildönümü münasibəti ilə bütün kollektivi təbrik etdi və gələcək işlərində hər kəsə uğurlar arzuladılar. Daha sonra natiqlər qeyd etdilər ki, Prezident İlham Əliyev 2012-ci ilin fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalaması nəticəsində şəhər, rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması bu sahədə çalışan hər kəsə öz məsuliyyətin daha dərindən dərk etməyə imkan verdi. Çıxış edən natiqlər tədbir iştirakçılarına gördükləri işlər haqqında məlumat verdilər və bildirdilər ki, bundan sonra da həyata keçirəcəkləri işlər ilə bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyə çalışacaqlar və dövlətə, vətənə şərəflə xidmət edəcəklər.
Tədbirdə 30 nəfər iştirak etmişdir.