13 oktyabr 2015-ci il tarixində Ağcabədi şəhər sakinləri 20.04.1988-ci il təvəllüdlü Rəfiyev Pərviz Fehruz oğlu ilə 10.04.1997-ci il təvəllüdlü Həsənova Aydan Pənah qızının nikah mərasimi keçirilmişdir.
13 oktyabr 2015 | 10:00
Öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuş və onun əziz xatirəsini yad etmişlər.
Daha sonra gənclərin nikaha daxil olma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə qiymətli hədiyyə təqdim olunmuş və onlara ömür boyu sürən xoşbəxtlik arzulanmışdır.
Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.