İlk dəfə səs verəcək gənclərin iştirakı ilə tədbir
Oktyabr 2015 -ci il tarixdə Ağcabədi rayon Gənclər və İdman İdarəsi Ağcabədi Pedoqoji Kollecinin iclas zalında Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin 7 iyul 2011 -ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş " Azərbaycan gəncliyi 2011-2015 ci illərdə Dövlət Proqramı "nın 6,5,7 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə ilk dəfə səs verən gənclər arasında marifləndirmə işinin aparılması , həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi ilə bağlı tədbir keçirilmişdir .
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov , Ağcabədi Pedoqoji Kollecinin direktoru Mirələm İbrahimli , rayon sakini , gənc müəllim Bəxtiyar Əliyev çıxış etmiş və 68 nəfər ilk dəfə səs verən gənclər iştirak etmişdir .