Şriftin ölçüsü :

Saytın rəngi :

Nikah

09 oktyabr 2015 | 10:00

09 oktyabr 2015-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon Ağabəyli kənd sakini 12.06.1992-ci il təvəllüdlü Kərimli İlkin Adil oğlu ilə Bərdə rayon Mustafaağalı kənd sakini 13.02.1994-cü il təvəllüdlü Hüseynli Lamiyə Mahir qızının nigah mərasimi keçirilmişdir.
      İlk öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuş və onun əziz xatirəsini yad etmişlər.
Daha sonra gənclərin nigaha daxil olma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nigahdan sonra gənc ailəyə qiymətli hədiyyə təqdim olunmuş və onlara ömür boyu sürən xoşbəxtlik arzulanmışdır.
      Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.

Keçidlər