Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “ Ümumdünya Poçt Günü “ qeyd olunmuşdur.

09 oktyabr 2015 | 10:00

09 oktyabr 2015-ci il tarixdə saat 09:00 –da Ağcabədi Rayonunda "Ümumdünya Poçt Günü “ münasibəti ilə tədbir keçirilmişdir.
     Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsinin yad etdilər.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva ilk öncə tədbir iştirakçılarını salamladı. “ Ümumdünya Poçt Günü “ münasibəti ilə poçt sahəsində çalışan hər kəsi təbrik etdi. Daha sonra Naibə Mustafayeva Azərbaycanda poçt sisteminin keçdiyi inkişaf yolundan,ildən-ilə poçt sahəsinin daha da gücləndiyindən və bundan da yaxşı nailiyyətlər əldə edəcəyindən danışdı. Və qeyd etdi ki, bu istiqamətdə poçt sistemində kadr islahatları aparılır, gənc kadrlar işə cəlb edilir.
Yekunda Naibə Mustafayeva bir daha tədbir iştirakçılarını təbrik etdi və gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı.
   Tədbir zamanı əmək fəaliyyətində fərqlənən bir qrup poçt işçisi Rayon İcra Hakimiyyəti Başçısının "Fəxri Fərman"ı ilə mükafatlandırıldı.

Keçidlər