Şriftin ölçüsü :

Saytın rəngi :

Hər kağızı bir yarpağa dəyişək

09 oktyabr 2015 | 10:00

IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyasına Ağcabədi məktəbliləri də qoşuldu.

     Qeyd edək ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. Eyni zamanda, layihəyə dəstək məqsədilə “ASAN xidmət” mərkəzlərində ASAN Könüllüləri tərəfindən “Yaşıl ASAN” təşəbbüsü irəli sürülüb və yüzlərlə gənc bu təşəbbüsün iştirakçısına çevrilibdir.
    Kağız tullantılarının bir yerə toplanması ilə dağ düzəldilməsi nəzərdə tutulan aksiyada simvolik yaradılan “dağ” sosial məsuliyyəti anlayan bir qrup insanı bir yerə toplayacaq və ”yaşıl” gələcək üçün çağırış edəcəkdir.

Keçidlər