Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Azərbaycanın 20% ərazisinin Erməni hərbi birləşmələri tərəfindən işğalı” və “Xocalı qətliamının hərbi cinayət kimi qəbul edilməsi” ilə bağlı Barak Obama Administrasiyasına müraciətlərlə ilə əlaqədar gənclərlə görüş keçirilmişdir.

07 fevral 2013 | 11:00

6 fevral 2013- cü il tarixdə saat 15:00 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binasının iclas zalında Ağ ev”in rəsmi internet saytında “Dağlıq-Qarabağ münaqişəsi nəticəsində “Azərbaycanın 20% ərazisinin Erməni hərbi birləşmələri tərəfindən işğalı” və “Xocalı qətliamının hərbi cinayət kimi qəbul edilməsi” ilə bağlı Barak Obama Administrasiyasına müraciətlərin yerləşdirməsi ilə əlaqədar rayonun ictimai –siyasi həyatında aktivlik nümayiş etdirən gənclər və ziyalılarla görüş keçirmişdir.
Görüşdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirdi ki,Ağ ev”in rəsmi internet saytında “Dağlıq-Qarabağ münaqişəsi nəticəsində “Azərbaycanın 20% ərazisinin Erməni hərbi birləşmələri tərəfindən işğalı” və “Xocalı qətliamının hərbi cinayət kimi qəbul edilməsi” ilə bağlı Barak Obama Administrasiyasına müraciətlər yerləşdirilməsi və qeyd edilən hər iki müraciətin hər biri üçün 100 000 imza toplanmalıdır.
Yekunda rayon rəhbəri bildirdi ki, mən inanıram ki, hər zaman rayon ictimaiyyəti öz fəallığı ilə seçilmişdir. Ağcabədi gəncliyi, ziyalısı ümumiyyətlə rayon əhalisi öz aktivliyini nümayiş etdirib, Azərbaycan xalqına, dövlətinə qarşı olan ədalətsizliyin bərpa olunmasında yenə öz fəallığını göstərəcəkdir.
Görüşdə 150 nəfər iştirak etmişdir.
 

Keçidlər