Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “ Beynəlxalq Ahıllar Günü “ keçirilmişdir.

01 oktyabr 2015 | 10:00

01 oktyabr 2015- ci il  tarixdə saat 12:00 – da Ağcabədi rayonu "Qızil Saray" Şadlıq sarayında  “Beynəlxalq Ahıllar Günü” münasibəti ilə tədbir keçirilmişdir.
   Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxış edərək   bildirdi ki, bu gün dünyada “Beynəlxalq Ahıllar Günü”  kimi qeyd olunur. İlk dəfə BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq  Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış və məhz  22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalaması bu diqqətin bariz nümunəsidir. Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.Bununla yanaşı, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir deyən natiq bir daha tədbir iştirakçılarının bayramını təbrik etdi
   Yekunda  çıxış edənlər onlara göstərilən diqqət və qayğı üçün ölkə Prezidenti cənab İlham Əliyevə  minnətdarlıq etmişlər və hər zaman onun düzgün,məqsədyönlü siyasətini dəstəklədiklərini bildirmişlər.
    Bayram tədbiri Rayon Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam etdirildi.
   Tədbirdə 150  nəfər iştirak etmişdir.

Keçidlər