Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Hüquqlarımızı öyrənək və qoruyaq” adlı tədbir keçirilmişdir.

30 sentyabr 2015 | 10:00

Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi  29.09.2015-ci il tarixdə Ağcabədi  rayonunda  “Hüquqlarımızı öyrənək və qoruyaq” adlı layihəyə start verdi.
     Layihənin məqsədi gənclər arasında məişət zorakılığı,qadın hüquqları,insan alveri,erkən nigah,uşaqların fiziki cəzadan qorunması,uşaq əməyinin istismarı və s. kimi mövzularda maarifləndirmə seminarları vasitəsilə məlumatlılığın artırılmasıdır.
     Layihə çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası, Ağcabədi rayon Polis Şöbəsi, Mərkəzi Xəstəxana,Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı,Rayon Təhsil Şöbəsinin birgə əməkdaşlığı ilə rayonumuzun gəncləri arasında ilk tədbir həyata keçirilmişdir.
    Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbənin əməkdaşı, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Rahilə Şükürova,Gənclər üçün Təhsil Mərkəzinin İB-nin icraçı direktoru Fəxrəddin Həsənzadə, GTM Qarabağ ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Telmanqızı, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Nərminə Əkbərova, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşı Əli Əliyev, Mərkəzi Xəstəxananın genekoloqu Şəlalə Qasımova,Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva,Cəmil İbrahimov adına 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, Ağcabədi rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin əməkdaşı Rəşid Əlizadə və  digər çıxış edən qonaqlar layihənin mahiyyətini vurğulamış və region gəncləri arasında məhz belə layihələrin tez-tez keçirilməsi təklifini irəli sürmüşlər.
     Tədbir tələbələrin iştirakı ilə mövzu ətrafında maraqlı müzakirə ilə davam etmişdir.
3 ay davam edəcək layihə çərçivəsində orta ümumtəhsil müəssisələrində İnsan hüquqları ilə bağlı dəyirmi masalar ,açıq dərslər keçiriləcəkdir.

Keçidlər