Ağcabədi rayonunda Müqəddəs Qurban Bayramı qeyd edildi.
Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.
24.09.2015-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonun qəsəbə,kənd və şəhərdə yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxış edərək,rayondakı ictimai təşkilat və birliklərin, din xadimlərinin, rayon sakinləri və burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik etmişdir və ölkə başçısı cənab İlham Əliyev tərəfindən xalqımızın Milli mənəvi dəyərlərlərinə olan diqqət və qayğısından, bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışmış, qeyd etmişdir ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Bu bayram bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. İslamda qurbanlıq ayini xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir.
Qurban Bayramı ilə əlaqədar kəsilən 175 qoyun,3 cöngə, cəmi 5 tondan artıq ət Ağcabədi rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, hərbi hissədəki əsgərlərə, qaçqın və məcburi köçkünlər üçün tikilmiş 556 mənzildə məskunlaşan ailələrə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları təqdim edilmişdir. Bu əziz gündə onlarda bu bayram sevincini ürəkdən yaşamışlar.