Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Qurban bayramı münasibətilə fiziki məhdud uşaqlar üçün bayram tədbiri təşkil edilmişdir.

24 sentyabr 2015 | 10:00

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır.Elə bu məqsədlə də  YAP Ağcabədi Rayon Təşkilatında 24.09.2015-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə  YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası tərəfindən  fiziki məhdud uşaqları üçün bayram  tədbiri təşkil edilmişdir.  
     Tədbirdə  Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov,Millət vəkilləri Tahir Rzayev,Aqil Abbas ,idarə və təşkilatların rəhbərləri  iştirak etmişdir.
    Tədbiri giriş sözü ilə açan  Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdürü,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva bayram münasibətilə bütün uşaqları təbrik etmişdir.
     Daha sonra tədbir Üzeyir Hacıbəyli adına şəhər incəsənət məktəbinin kollektivinin hazırladığı əyləncəli proqramla davam etmişdir.Tədbirin sonunda uşaqlara qurban payı verilmiş, bu əziz gündə onlarda bu bayram sevincini ürəkdən yaşamışlar.

Keçidlər