Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirilib.

22 sentyabr 2015 | 10:00

     22.09.2015-ci il tarixdə saat 11:30-da Ağcabədi rayonunda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirilib.

Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev ,Millət vəkilləri Tahir Rzayev, Aqil Abbas,Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri iştirak edib.

   Öncə torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib, dövlət himni səsləndirilib.

Görüşdə çıxış edənlər son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Bildirib ki, bu istiqamətdə görülmüş tədbirlər çərçivəsində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, müharibə əlilləri və veteranları, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar: “Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılıb”.

     Sonra çıxış edən müharibə əlilləri və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırıblar.

      Tədbirin sonunda Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədova  Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi tərəfindən diplom təqdim edilib.

 

Keçidlər