Ağcabədi rayonunda” Milli Musiqi Günü “ qeyd edildi.
17.09.2015 –ci il tarixdə Ağcabədi rayonunda” Milli Musiqi Günü “ qeyd edildi.Tədbir əvvəlcə Heydər Əliyev adına meydanda Üzeyir Hacıbəylinin əsərlərindəki obrazların iştirakı ilə yürüşlə başladı.Yürüş,Heydər Əliyev prospekti ilə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinə qədər davam etdi. Tədbirin ikinci hissəsi Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam etdi.
Çıxışlarda qeyd edildi ki, Azərbaycan opera sənətinin inkişafı, öz qüdrətli istedadını xalqa sərf etmiş Üzeyir Hacıbəyovun adı ilə qırılmaz tellərlə bağlıdır.İstisna qabiliyyəti ilə Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan və milli bəstəkarlıq məktəbinin özülünü qoymuş, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edən ,ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar Üzeyir Hacıbəyovun haqqında ən gözəl sözü Ulu Öndər demiş və ən böyük qiyməti Ulu Öndər vermişdir.Belə ki, Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr yəni, onun doğum tarixi Üzeyir musiqi günü kimi qeyd olunmağa başlanmışdır. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. 2009-cu ildən başlayaraq Azərbaycanda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan bəstəkarları və musiqiçiləri ilə birgə yaxın və uzaq ölkələrdən gəlmiş musiqiçilər də iştirak edirlər.
Daha sonra tədbir Rayon Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində olan müəssisələrdə çalışan mədəniyyət işçilərinin iştirakı ilə Üzeyir bəyin əsərlərindən ibarət konsert proqramı ilə davam etdi.