Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.

07 fevral 2013 | 11:00

6 fevral 2013- cü il tarixdə saat 11:00 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binasının iclas zalında Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.
Tədbirdə Ağcabədi rayon Icra Hakimiyyəti Başçısı, Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü hörmətli Şahin Məmmədov , ağsaqqallar şurası idarə heyyətinin üzvlərinin, onun ilk təşkilatlarının sədrlərinin, kənd icra nümayəndələrinin, din xadimlərinin və başqa dəvət olunmuş şəxslərin iştirakı ilə 155 nəfər iştirak etmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsinin yad etdilər.
Konfransda məruzə ilə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov ilk öncə tədbir iştirakçıların salamladı və 2012- ci ildə Ağsaqqallar Şurasının həyata keçirdiyi və gördüyü işlər haqqında ətraflı məlumat verdi.
Yekunda Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov qeyd etdi ki, 2013 – cü il Prezident seçkilərində bizi məsuliyyətli bir sınaq ili gözləyir. Sizi əmin edirik ki, bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik və hər zaman bu şura rayonun ictimai işlərində öz fəaliyyətləri, əməlləri ilə adını doğruldacaqdır.
Daha sonra məruzə ətrafında Rayon Veteranlar Şurasının sədri Qəni Cəfərov, Hindarx qəsəbə axundu Mirələm Cəfərov, Ağcabədi şəhər sakini, ağsaqqal Novruz İsmayılov, Salmanbəyli kənd sakini, ağsaqqal Süleyman Qasımov çıxış etdilər.
Konfransda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə konfrans iştirakçılarını salamladı və onlara 2013- ci ildə ölkənin ictimai – siyasi həyatında fəaliyyətlərində uğurlar arzuladı. Rayon rəhbəri qeyd etdi ki, hər zaman Ağcabədi ictimaiyyəti ağsaqqalın, ziyalının fikirlərini dəstəkləmiş və ona hörmətlə yanaşmışdır.
Rayon rəhbəri bildirdi ki, cənab Prezidentimiz İlham Əliyev cənablarının apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən lider ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın regionlarında aparılan – abadlıq quruculuq işləri iqtisadi inkişafın, sosial rifahın ən yaxşı göstəricisidir.
Ağcabədi şəhərində görülən, aparılan yenidənqurma işləri rayonumuzu hər zaman dəyişilən, inkişaf edən ölkəmizin göz oxşayan regionlarından birinə çevirmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov yekunda ağsaqqallara cansağlığı və yorulmaz fəaliyyətlər arzulamışdır.
Konfransın axırında Ağcabədi rayon Ağsaqqallar şurasının idarə heyyətinin yeni tərkibi və sədri, Respublika Ağsaqqallar şurasının növbəti qurultayına nümayəndə seçilmişdir.
 

Keçidlər