Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ali məktəblərə qəbul olmuş tələbələrlə görüşü olmuşdur.

29 avqust 2015 | 10:00

29 avqust 2015- cü il tarixdə saat 10:30 –da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət evində Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun Ali məktəbə qəbul  olmuş 324 nəfər tələbə ilə   görüşü olmuşdur.

  Tədbirdə yuxarı bal toplayan tələbələr,onların valideynləri və müəllimləri iştirak etmişdir.

   Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər. Daha sonra tələbələr Rayon Heydər Əliyev Mərkəzində ekskursiyada oldular və xatirə şəkli çəkdirdilər.

   Tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov giriş nitqi ilə tədbiri açaraq , bütün abituriyent adını qazanan məzunları təbrik etdi və ölkəmizdə təhsilə günü – gündən artan dövlət qayğısından danışdı.

    Daha sonra Rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov, şəhər 7 saylı məktəbin məzunu,653 bal toplayaraq Azərbaycan Tibb Universitetinə  qəbul olan,Rüstəmzadə Hidayət Çingiz oğlu,Hacıbədəlli kənd tam orta məktəbin məzunu,617 bal toplayaraq Azərbaycan Dillər Universitetinə qəbul olan Əhmədova Bəyim Oqtay qızı,M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbin məzunu,669 bal toplayaraq Azərbaycan Tibb Universitetinə  qəbul olan Quluzadə Ruhlanın valideyni Quliyev Camal Babakişi oğlu,608 balla Azərbaycan  Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına  daxil olmuş Vəliyev Əvəz Abbas oğlu  çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi və onların valideynlərini  təbrik etdilər, onlara  yeni başladıqları bu yolda uğurlar və nəaliyyətlər arzuladılar və qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar.

    Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gənci salamladı və onlara qədəm qoyduqları bu yolda uğurlar arzuladı. Rayon rəhbəri onu da qeyd etdi ki, 2015 – ci ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən,inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğısının  gündən – günə daha da artırılmasından irəli gəlir.

    Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayıb fərqlənənləri və valideynləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, get – gedə daha da çoxalmasını qeyd etmişdir.

    Tədbirin yekununda 600- 700 arası   bal toplayan tələbələrə  Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və  hədiyyələri təqdim olunmuşdur.

     .

Keçidlər