Ağcabədi rayonu Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirildi.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 19.08.2015-ci il tarixdə Ağcabədi rayonu Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirildi.Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunur. Rəsmi statistikaya əsasən, Ağcabədi rayon poliknikasında 52 nəfər talasemiyalı xəstə qeydiyyatdadır ki, bunlardan 33 nəfər uşaq,19 nəfər bisə böyüklərdir.7 nəfər isə hemofiliyalı xəstə qeydiyyatdadır.Hər ay sözügedən xəstəlikdən əziyyət çəkən vətəndaşların hər birinə 100 litr qan lazım olur. Belə xeyriyyə tədbirlərinin təşkilinin məqsədi də sağlam insanlar arasında maarifləndirmə işlərini gücləndirmək,həmçinin əhalini talesimiya və hemofiliya xəstələri üçün qan verməyə dəvət etməkdir.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!