Ağcabədi rayonunda 2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 13 iyul 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafsahəsində görülmüş işlər və 2015-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar, 05 avqust 2015 - ci il tarixdə saat 10:30 -da Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Evində , Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri, sahibkarlar, fermerlər, veteranlar, gənclər və qeyri – hökümət təşkilatının nümayəndələri iştirak etmişdir.
Qeyd edilmişdir ki, 2015-ci ilin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 137.968,1 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə +18,2 faiz çox olmuşdur.
İqtisadiyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 2015-ci ilin birinci yarısında sənaye üzrə 6421,0 min manat olmuş, 2014-cü ilin müvafiq dövrünə nisbətən +2,7 faiz, 2005-ci ilə nisbətən 15,6 dəfə, kənd təsərrüfatı üzrə 79314,6 min manat olmuş, 2014-cü ilin müvafiq dövrünə nisbətən +20,8 faiz, 2005-ci ilə nisbətən 2,4 dəfə, tikinti üzrə 15165,0 min manat olmuş 2014-cü ilin müvafiq dövrünə nisbətən +10,1 faiz , 2005-ci ilə nisbətən 34,6 dəfə, nəqliyyat üzrə 2616,4 min manat olmuş, 2014-cü ilin müvafiq dövrünə nisbətən +6,8 faiz, 2005-ci ilə nisbətən 2,3 dəfə, rabitə üzrə 378,5 min manat olmuş, 2014-cü ilin müvafiq dövrünə nisbətən +13,2 faiz, 2005-ci ilə nisbətən 2,5 dəfə, ticarət üzrə 34072,6 min manat, 2014-cü ilin müvafiq dövrünə nisbətən +20,5 faiz, 2005-ci ilə nisbətən isə 6.0 dəfə çox olmuşdur.
Ağcabədidə 2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanıldığı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət, səhiyyə, sahibkarlıq və aqrar sahələrin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Çıxışlarda nailiyyətlərlə yanaşı, mövcud problemlərdən də bəhs edilib, onların həlli yolları müzakirə olunub.