Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda qadın bələdiyyə üzvləri üçün yerli idarəetmədə "Səmərəli ünsiyyət" mövzusunda seminar keçirilib

03 avqust 2015 | 10:00

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının Yerli Özünüİdarəetmə Proqramı tərəfindən 2012-cil ildən yerli idarəetmədə təmsil olunan qadınlar üçün DAYAQ layihəsi həyata keçirilir, layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakının gücləndirmək və eləcə də yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir. Layihə daxilində yerli özünüidarəetmədə qadın liderliyini gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər bələdiyyə üzvü olan qadınlar tərəfindən uğurla həyata keçirilmişdir. Qadınların bələdiyyə idarəetməsində rolunun gücləndirilməsi istiqamətində aparılan təlimlərdən biridə Səmərəli ünsiyyət mövzusundadır.
Layihə çərçivəsində Agcabədi rayonunda rayonun qadın bələdiyyə üzvləri üçün yerli idarəetmədə Səmərəli ünsiyyət mövzusunda seminar keçirilib. Seminarda bələdiyyə üzvləri ilə yanaşı rayonun ictimai fəal qadınlarıda iştirak edərək müzakirələrdə öz tövhələrini vermişlər. Təlim seminarda Almaniya Əməkdaşlıq Təşkilatının Yerli Özünüİdarəetmə Proqramının nümayəndəsi Fidan Qasımova, cənab Axel Müller və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti,  Qadın Bələdiyyələrin İnkişafı Uğrunda İctimai birliyinin sədri Lyudmila Xəlilova iştirak etdilər.

Keçidlər