Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun 3 kəndinə təbii qaz verilib

03 avqust 2015 | 10:00

2015-ci il İyulun 30 -da Ağcabədi rayonunun 3 kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Rövşən Əhmədov, Azərbaycan Respublikası Dövlət Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Ağcabədi rayonunun Kəbirli, Aran və Şərəfxanlı kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir.
Çıxış edənlər ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Ağcabədi rayonunun Kəbirli, Aran və Şərəfxanlı kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə keçirilmiş tədbirdə qeyd olunmuşdur ki, ümumilikdə 916 abonenti olan yaşayış məntəqələrinə təbii qazın verilməsi məqsədi ilə ümumi uzunluğu 69590 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 916 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri yaşadıqları məntəqələrin qaz təchizatının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər