Ağcabədi rayonunda Gənclər Günü qeyd olunmuşdur.
2 fevral 2013- cü il tarixdə saat 09:30 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin qarşısında və Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsinin yad etdilər.
Daha sonra tədbir Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam etdirildi. Gənclər Ü.Hacıbəyli adına Şəhər İncəsənət məktəbinin şagirdlərinin və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbirə açıq elan edilməmişdən öncə tədbir iştirakçıları məhz bu günün qeyd olunmasının banisi olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbir açıq elan edilərək, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov çıxış edərək, 2 Fevral - Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafı, qorunması üçün hər zaman vətənə layiqli vətəndaş olmağı arzuladı. Natiq bildirdi ki, bu gün 2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 01 fevral 1997- ci ildə təsdiq olunmuş Fərman ilə əsası qoyulan bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur ki, indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Hər zaman Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün həmin diqqət və qayğı Heydər Əliyev ideyalarının layiqli davmçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunun bariz nümunələrindən biri 2011- ci ildə “Azərbaycan Gəncliyi 2011-2015 – ci illərdə “ Dövlət Proqramının təsdiq olunması və həyata keçirilməsi barədə görülən işlərdir. İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov bir daha gəncləri təbrik etdi, onlara ictimai –siyasi fəaliyyətlərində uğurlar arzuladı və 2013- cü il Prezident seçkilərində öz gənclik çoşquları ilə layiqli namizədi dəstəkləyəcəklərinə inandığını bildirdi.
Gənc istedadlıların iştirakı ilə əyləncəli konsert proqramı nümayiş etdirildi. Beynəlxalq və respublika yarışlarında, eləcə də rayonun ictimai –siyasi həyatında xüsusi fəallıq göstərmiş bir qrup gənclərə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının və rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə 175 nəfər iştirak etmişdir.
.