Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 16-da Ağcabədi rayonunun Köyük kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

16 iyul 2015 | 10:00

2015-ci il  İyulun 16-da Ağcabədi rayonunun Köyük  kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Rövşən Əhmədov, Azərbaycan Respublikası Dövlət Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, indiyədək  rayonun 1 şəhər, 1 qəsəbə 21 kəndinə təbii qaz verilib.

Çıxış edən kənd sakinləri qaz çəkilişinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər