Ağcabədi rayonunda iftar süfrəsi verildi.
Müqəddəs Ramazan ayı münasibətilə ,Dövlət Komitəsində mövcud olan qrafik əsasında Ağcabədi rayon Muğanlı kəndində 08.07.2015-ci il tarixində, 09.07.2015-ci il tarixdə isə Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icmasında iftar süfrəsi (Məscidin həyətində) açılmışdır.
İftar süfrəsi Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevin 27 noyabr 2014-ci il tarixli sərəncamına əsasən Respublikada dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğini daha da genişləndirmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış maliyyə (2.5 milyon) vəsaitinin dəstəyi ilə həyata keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “dini qurumlarla iş üzrə şöbə”-nin baş məsləhətçisi Hümmətov Vüqar, Ağcabədi bölgəsi üzrə şöbə müdiri Nəcəfov Əlizadə, Ağcabədi rayon İcra Hakimiyyətinin məsul işcisi Rüstəmov Fərid, Ağcabədi şəhər Cümə məscidinin axundu Rzayev Mərdan, dindarlar- ağsaqqallar, gənclər və Qarabağ seyidlər ocağının nümayəndələri, əsasən oruc tutan insanlar iştirak etmişdilər.
Çıxış edənlər Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, Qurani Kərimin məhs bu ayda nazil olmasından, əhya gecələri və İslam dininin başqa dəyərlərindən geniş bəhs etmişlər. Allah tutulan orucları, edilən duaları, qılınan namazları qəbul etsin, AMİN.