Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 8-də Ağcabədi rayonunun Şahsevən Təzəkənd və Şahsevən kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

09 iyul 2015 | 10:00

     2015-ci il  İyulun 8-də Ağcabədi rayonunun Şahsevən Təzəkənd və Şahsevən  kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı,Millət vəkili, Azərbaycan Respublikası Dövlət Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

      Çıxış edənlər ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, indiyədək  rayonun 1 şəhər, 1 qəsəbə 20 kəndinə təbii qaz verilib.

    Çıxış edən kənd sakinləri qaz çəkilişinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər