“Erkən nikah və onun fəsadları ” başlığı altında tədbir keçirilmişdir.
AzərbaycanRespublikası Prezidenti İlham Əliyevin 10 iyun 2015-ci il tarixli Sərəncamı ilə bağlı Ağcabədi MKS-də tədbirlər keçirilməyə başlanıb. 01 iyul 2015-ci il tarixdə Cəfərbəyli kənd kitabxana filialında “Erkən nikah və onun fəsadları ” başlığı altında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru İradə Allahverdiyeva açdı. O, çıxışında bildirdi ki, erkən nikah bu gün hamımızı narahat edən problemlərdən biridir. Cənab Prezidentimizin məlum Sərəncamından sonra bir təbliğat sahəsi olaraq bizim də üzərimizə böyük məsuliyyət düşür. Ona görədə MKS-də silsilə tədbirlərin keçirilməsini qərara almışıq. Bu mövzu ətrafında MKS-nin direktor müavini Təranə Məmmədova “Erkən nikah və onun fəsadları” başlıqlı məruzə ilə çıxış etdi. Kənd orta məktəbinin direktoru Valeh Atakişiyev bu mövzunun onlarıda çox narahat etdiyini bildirdi. O, qeyd etdi ki, az da olsa məktəbdə belə hallara rast gəlinir. Bu günki tədbir kənd əhalisini maarifləndirmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev, Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehdiyev, İnformasiya-resurs şöbəsinin müdiri Gülşən Quliyeva, Xidmət şöbəsində Oxu zalının müdiri Nigar Allahverdiyeva, Hacıbədəlli kənd kitabxanasının müdiri Adilə Məmmədova, Sevda Həsənova, Pərioğullar kənd kitabxanasının müdiri Nübar Qasımova, kənd İcra Nümayəndəsi Nəsib Nəsibov, məktəbin müəllimi Fazil Fərzəliyev, İlahiyyatçı Mahir Əsgərov, Tibb məntəqəsinin müdiri Ətrabə İbrahimova, kənd kulubunun işçiləri Gülnar Tahirova, Dəstəgül Əsgərova, kənd sakini Sənəm Əliyeva çıxış etdilər. Çıxış edənlər hər biri erkən nikahın təhsildən yayınmağa səbəb olduğun, tibbi nöqteyi nəzərdən zərərlərin, ailələrin tez dağılması kimi böyük fəsadlar törətdiyini qeyd etdilər. Diskusiya şəklində keçirilmiş bu tədbir kənd sakinləri tərəfindən böyük maraqla qarşılandı