Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu 540 şagird yerlik Təzəkənd kənd tam orta məktəbinin və 480 şagird yerlik Qaravəlli kənd tam orta məktəbinin yeni binalarının açılışı Olmuşdur

31 yanvar 2013 | 11:00

30 yanvar 2013- cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonu 540 şagird yerlik Təzəkənd kənd tam orta məktəbinin, saat 11:30 –da Ağcabədi rayonu 480 şagird yerlik Qaravəlli kənd tam orta məktəbinin yeni binalarının açılışı ilə bağlı tədbir olmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Pənah Cahangirov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aqil Abbas və Tahir Rzayev iştirak etmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən 12 ədəd yeni məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev bildirdilər ki, bu gün açılışı olan müasir tələblərə cavab verən yeni məktəb binası bütün ziyalılar üçün xeyirli olsun və məktəbin müəllim və şagird kollektivinə uğurlar və nailiyyətlər arzuladılar.Bu gün gələcəyin parlaq qapılarını öz xalqının və onların övladlarının üzünə açan, heç zaman diqqət və qayğısını əsirgəmədiyinə görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.
Daha sonra tədbirdə çıxış edən kəndin ağsaqqalları və ziyalıları çıxış edərək bu gün açılışı olan müasir tələblərə cavab verən yeni məktəb binasının bütün ziyalılar üçün xeyirli olmasını və məktəbin müəllim və şagird kollektivinə uğurlar və nailiyyətlər arzulamışdılar. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan dövlətinin maddi –mənəvi irsinin təbliğ olunmasında, “ Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməklə təhsilə, uşaqlarımıza,gənclərimizə hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Çıxış edən hər iki kəndin ziyalıları və ağsaqqalları 2013- cü il Prezident seçkiləri ilində Heydər Əliyev ideyaları ətrafında sıx birləşəcəklərini bildirdilər.
Tədbirdə 1100 nəfər iştirak etmişdir.
 

Keçidlər