Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Peşə Təhsili “ üzrə kurslar yekunlaşmışdır
Ağcabədi Rayon İcra Hakimiyyəti və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin birgə əməkdaşlığı çərçivəsində “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti” –nin ilkin təlimlərinə yekun vuruldu.
Bu münasibətlə Heydər Əliyev Mərkəzində “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidmətinin təlimlərini bitirən məzunların əl işləri və istirakçılar tərəfindən tikilən geyimlərin sərgisi keçirilib. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva cari ilin fevral ayından fəaliyyətə başlayan Məsləhət və Yardım Xidmətinin yaranma zərurəti barədə çıxış etmiş, görülən işlərin əhəmiyyətini vurğulayıb.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Xidmətin yaradılması təşəbbüsü ilə bağlı fikirlərini bölüşərək, ilk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı ilə iqtisadi təlabatın üst-üstə düşmədiyini qeyd etmişdir. Buna görə də yeniyetmə və gənclərin peşə təhsilinə diqqətinin artırılmasını vurğulayıb, regionlarda bu cür Xidmətlərin yaradılmasını vacib hesab edib.
Qeyd edək ki, Xidmətdən tikiş ,toxuculuq, ingilis –rus dili və komputer kursundan ümumilikdə 50 nəfər həssas qrupdan olan qadınlar və