Ağcabədi rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir olmuşdur.
24 iyun 2014-cü il tarixdə Ağcabədi rayonunda 26 İyun – Silahlı Qüvvələr günü münasibəti ilə N saylı hərbi hissədə tədbir olmuşdur.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Azərbaycan ordusu Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır. Biz hər zaman cənab Ali Baş Komandan nə vaxt əmr verərsə , ordumuz ilə birlikdə Azərbaycan torpaqlarını düşmənlərdən azad etməyə müntəzəm hazırıq.
Daha sonra fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr və pul mükafatı verildi.
26 İyun – Silahlı Qüvvələr günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən N saylı hərbi hissələrə bayram sovqatı aparılmış və əsgərlərin bayramı təbrik olunmuşdur.
Ağcabədi rayon ərazisində yerləşən N saylı hərbi hissədə Rayon Mədəniyyət və Turizm şöbəsi hazırladıqları bayram konserti ilə əsgərlər qarşısında çıxış etmişdilər.