Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 23-ü dövlət qulluqçularının peşə bayramıdır.

23 iyun 2015 | 10:00

23 iyun 2015-ci il tarixdə saat 10:00 –da  Ağcabədi rayonunda 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
   Tədbir iştirakçıları İlk öncə Rayon  İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər  Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin  əziz   xatirəsini yad etdilər.
  Daha sonra çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbir iştirakçılarını təbrik etmiş və bildirmişdir ki, 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını doqquzuncu dəfədir ki, qeyd edirlər.
   Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
    Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.
    Yekunda rayon rəhbəri dövlət qulluqçularını təbrik etmiş, hər bir dövlət qulluqçusuna xalqa layiqli xidmət etmək işində uğurlar arzulamışdır.
    Sonda dövlət qulluğunda fərqlənən şəxslərə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər