Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissədə “Cəmşid Naxçıvanskinin 120” - illiyi münasibətiylə tədbir keçirildi.

23 iyun 2015 | 10:00

Ağcabədi rayon MKS-də Azərbaycan Respublikası Prezidentinin Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında 02 aprel 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb, bir sıra tədbirlər həyata keçirilmişdir.Mərkəzi kitabxana və kənd kitabxana filiallarında Cəmşid Naxçıvaniskinin həyat və fəaliyyətini əks etdirən sərgilər təşkil edilib.

Mərkəzi kitabxanada “Azərbaycan generalları” başlığı altında dəyirmi masa təşkil edilib. “Cəmşid Naxçıvanski 120 ”, “Görkəmli sərkərdələr”, “Milli qəhrəmanlrımız”, “Silahlı Qüvvələr günü” başlığı altında sərgilər təşkil olunub. Rayonumuzun ərazisində yerləşən hərbi hissələrdə tədbirlər təşkil edilib. Aran kəndində yerləşən N saylı hərbi hissədə  Aran, Qaradolaq, Kəbirli, Aşağı Mehrablı, Yeni Qaradolaq, Mehrablı kənd kitabxana filialları işçilərinin təşkil etdiyi  “Cəmşid Naxçıvanskinin 120 illiyi” və Silahlı Qüvvələrin yaranması günü münasibəti ilə geniş tədbir keçirilib. Tədbiri giriş sözü ilə MKS-nin direktoru İradə Allahverdiyeva açdı. O, çıxışında bildirdi ki, Cəmşid Naxçıvanskinin 120 illiyi və Silahlı Qüvvələrin yaranması günü münasibəti ilə MKS-də  bir sıra tədbirlər keçirilir.MKS-nin direktor müavini Təranə Məmmədova Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rza Quliyev , İnformasiya –resurs şöbəsinin müdiri  Gülşən Quliyeva, kənd kitabxanaçısı İlhamə Məmmədova, Mahirə Məmmədova, hərbi hissənin komandiri Rəşad Nəsirov, müavin Kərim Məmmədhəsənov, zabitlər Orxan Abdullayev, Rəşad Əlizadə, əsgər Ramazan Nəcəfov  çıxış etdilər. Çıxış edənlər hər biri Silahlı Qüvvələrimizin yaranmasından,  bu gün olkə Prezidentimizin hərbiçilərə göstərdiyi qayğıdan söz açdılar. Hərbiçilər Ali Baş Komandanımızın rəhbərliyi altında hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirdilər, Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşı Feruz Zamanov iştirak edirdi.

Tədbir Mərkəzi Kitabxananın təşkil etdiyi konsert proqramı ilə başa çatdı.

Fotomüxbir:   Mais  Amin   AZpress.AZ   Ağcabədi 

Keçidlər