Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda IX sinif şagirdləri üçün buraxılış imtahanları uğurla başa çatıb

11 iyun 2015 | 10:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də qurumun Ağcabədi regional bölməsinin əhatə etdiyi Ağcabədi, Ağdam, Zərdab, Bərdə və Tərtər rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrində təhsil alan IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. İmtahanların keçirilməsi üçün qeyd olunan rayonlarda ümumilikdə 16 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 6220 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunması 45 imtahan rəhbəri və 520 nəzarətçi-müəllimə həvalə edilib. Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
  Ağcabədi şəhərində IX sinif şagirdləri üçün buraxılış imtahanları 4 mərkəzdə keçirilib. 3 nömrəli məktəb-liseydə, 8, 11 nömrəli tam orta məktəblərdə, həmçinin laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbə tam orta məktəbində .İmtahanlar 3 nömrəli məktəb-liseydə Azərbaycan və rus, digər məktəblərdə isə Azərbaycan bölmələri üzrə keçirilib. Buraxılış imtahanları 14 imtahan rəhbəri və 154 nəzarətçi-müəllim tərəfindən idarə olunub.
   Buraxılış imtahanı təlimata uyğun olaraq saat 10:00-da başlayıb və hər hansı qanun pozuntusuna yol verilmədən 12:00-da başa çatıb.
   Günün ikinci yarısında isə XI siniflərdə təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçiriləcək.

Keçidlər