29 yanvar 2013- cü il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir.
29 yanvar 2013- cü il tarixdə saat 15:00 –da 2012- ci ilin yekunları və 2013- cü ildə qarşıda duran vəzifələrlə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqil Əliyevin hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Pənah Cahangirov və Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov iştirak etmişdir.
Hesabatını məruzə edən Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqil Əliyev Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görüldüyünü söylədi. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər Ağcabədi rayonunda aparılan yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi rayonun daha da inkişaf etməsinə təkan vermişdir.
Ağcabədinin rayonun gündən – günə müasir tələblərə cavab verən şəkildə inkişafına şərait yaradılmasına,diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Onun düzgün kadr siyasətinin nəticəsi olaraq bu gün Ağcabədi rayonun müasir səviyyəyə gəlib çatmasında əməyi olan rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlığını bildirmişdir.
Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqil Əliyev qeyd etdi ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2013 – cü ildə qarşısında duran vəzifələri layiqincə yerinə yetirməyə və ötən ilin nöqsanlarının aradan qaldırılması üçün çalışaraq, bütün imkanlarını səfərbər edəcəklər.
Daha sonra məruzə ətrafında Ağcabədi rayonu üzrə Maliyyə İdarəsinin rəisi Xosrov Nəsirov,Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov, rayon Kommunal Xidməti və Mənzil İstismar idarəsinin rəisi Sabir Abbasov, şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, Ağcabədi şəhər Yaşıllaşdırma sahəsinin müdiri Asəf Quliyev, “Sukanal” idarəsinin rəisi Nizami Əsədov, YAP Qadınlar şurasının sədri Naibə Mustafayeva, rayon ağsaqqalı,ziyalısı çıxış edərək qeyd etdilər ki, ötən il ölkədə uğurla həyata keçirilən inkişaf tendesiyasından Ağcabədi rayonu da geri qalmamışdır.Ötən il rayonun ictimai –siyasi, iqtisadi, sosial həyatında olan inkişaf buna imkan verir ki, Ağcabədi rayonu öz adını layiqincə ölkənin inkişaf etmiş regionları sırasına qürurla yazdırsın.
Natiqlər yekunda qeyd etdilər ki, uğurlarımızla yanaşı, işlərimizdə müəyyən nöqsanlarımızda olmuşdur.
Sizləri əmin edirik ki, Respublikamızın Prezidenti cənab İlham Əliyevin və rayon rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi üçün 2012- ci ildə buraxdığımız nöqsanları aradan qaldırmağa çalışacayıq və 2013- cü ildə gərgin fəaliyyətimizlə rayonun ictimai-siyasi ,iqtisadi, abaqlıq –quruculuq işlərinə yaxından dəstək olmaqla, ölkəmizin uğurlarına yenilərini də əlavə edəcəyik.
Hesabatın yekununda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirdi ki, cənab Prezidentimiz İlham Əliyev cənablarının apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən lider ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın regionlarında aparılan – abadlıq quruculuq işləri iqtisadi inkişafın, sosial rifahın ən yaxşı göstəricisidir.
Ağcabədi şəhərində görülən, aparılan yenidənqurma işləri hər zaman dəyişilən, inkişaf edən ölkəmizin göz oxşayan regionlardan birinə çevirmişdir.
Rayon rəhbəri bildirdi ki, Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2012- ci ildə olan nöqsanlarını bu il aradan qaldıracaqlarını və 2013- cü ildə qarşılarında duran vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycan Respublikamızın Prezidenti cənab İlham Əliyevin və rayon rəhbərliyinin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirməyə çalışacaqlar.
Bizə yaradılan bu imkanlar,diqqət və qayğı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlığımız bildiririk və deyirik ki, həmişə olduğu kimi Ağcabədi ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş , uzaqgörən siyasətin hər zaman dəstəkçisidir.
Hesabat yığıncağında 500 nəfər iştirak etmişdir.