15 iyun “Milli Qurtuluş Günü” nə həsr olunmuş “KEMPO”idman növü üzrə respublika turniri
30 may 2015 | 10:00
29-30 May 2015-ci tarixlərdə Ağcabədi şəhər Mərkəzi Stadionunda Gənclər və İdman Nazirliyinin, Ağcabədi rayon Gənclər və İdman idarəsinin və “Toğrul” “Şərq əlbəyaxa Döyüş Növləri Təkmübarizlik Sənəti Klubu”nun birlikdə təşkil etdikləri “15 İyun-Milli qurtuluş günü”nə həsr olunmuş “Kempo” idman növü üzrə ümumrespublika turniri keçirilmişdir.
Ümumrespublika turnirində respublikamızın şəhər və rayonlarından 10 komanda və 120 nəfər idmançı iştirak etmişdir.
I yeri Ağcabədi, II yeri Bakı, III yeri isə Şəki komandaları tutmuşdur.
Şəxsi və komanda yarışlarında yer tutan idmançılara və komandalara Kubok, medal və Fəxri Fərmanlar təqdim olunmuşdur.