Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Vergi məktəblilərin gözü ilə” adlı intellektual yarış və rəsm müsabiqəsi keçirilib

01 iyun 2015 | 10:00

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə tərəfdaşlığı ilə Ağcabədi rayonunda “1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü”nə həsr edilmiş “Vergi məktəblilərin gözü ilə” adlı intellektual yarış və rəsm müsabiqəsi  keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı qonaqları və iştirakçıları salamlayaraq,tədbirin məqsədi barədə geniş məlumat vermişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Vergilər İdarəsinin Nəzarət Xidmət şöbəsinin rəisi  Mahir Qarayev yarışın açılış mərasimində çıxış edərək, həyata keçirdikləri fəaliyyət, əldə edilən uğurlar, qarşıda duran vəzifələr haqqında geniş məlumat vermiş, iştirakçı komandalara uğurlar arzulamışdır.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri və digər qonaqlar iştirak etmişdir.
Yarışdan əvvəl məktəblilərin hazırladıqları rəsmlərə baxış olmuşdur. Daha sonra yarış öz işinə başlamışdır.
İntellektual yarışda komandaların gərgin mübarizəsi nəticəsində Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyin komandası I yerin, Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası II yerin və Ağcabədi şəhər 1 saylı tam orta məktəbin komandası üçüncü yerin qalibi olmuşdur. 
Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər