Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağlı uşaqlar İlk Avropa oyunlarına dəstək verdilər.

01 iyun 2015 | 10:00

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi “1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə Ağcabədi rayonunda “Uşaqlardan Birinci Avropa Oyunlarına dəstək” adlı şahmat turniri keçirib.
Açılış mərasimində çıxış edən GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı turnirin əhəmiyyətini vurğulayaraq, idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasətin bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələndiyini bildirib. Qeyd edibki, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi buna əyani sübutdur. Bu nüfuzlu tədbirə uşaqdan böyüyə hər bir kəsin dəstək verməsi vacibdir.
Uşaq-Gənclər Şahmat məktəbinnin direktoru Cavanşir Məmmədov  və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının təlimatçısı Ramil Nağıyev də belə yarışların  məhz gələcəyin idmançıları olacaq  uşaqlar arasında keçirilməsinin çox əhəmiyyətli olduğunu vurğulamışlar.
Daha sonra Ağcabədi rayon Uşaq-Gənclər Şahmat məktəbində turnirə start verilib. Gərgin keçən mübarizədə Həsənzadə Əsmər Nizami qızı 1-ci yerin, Emilov Emil Ramil oğlu 2-ci yerin və Abbaszadə Elşad Rəşad oğlu 3-cü yerin qalibi olub. 
Sonda qaliblər  Gənclər üçün Təhsil Mərkəzi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər